Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avtomobil bazarında qiymətlər artıb -ÖZƏL

Avtomobil bazarında qiymətlər artıb


"Yaşı 10 ildən artıq olan avtomobillərin ölkəyə idxalına qadağaların tətbiq edilməsindən sonra ölkə daxilində avtompbil bazarında kəskin qiymət artımı baş verib. Əvvəlki aylarla müqayisədə sözügedən qadağaların tətbiqindən sonra bazarda avtomobillərin qiymətində 15-20 faiz artım qeydə alınıb".

Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında yer alıb. Mərkəzdən Newscenter.az-a bildirilib ki, əsasən, ili 10 ildən artıq olan avtomobillərdə qiymət artımı müşahidə edilir:

"Məlum qadağalardan sonra ölkəyə yalnız 10 yaşa qədər olan avtomobillərin gətirilməsi yeni avtomobillərə olan tələbatın azalmasına səbəb olsa da, lakin köhnə avtomobillırə tələbat artıb. Bu da onunla bağlıdır ki, Azərbaycan alıcısının yeni avtomobil almağa gücü çatmır Köhnə avtomobillərin gətirilməsinə tətbiq edilən qadağa isə daxildə bazarda olan həmin maşınların qiymətinin artmasına gətirib çıxarıb".

Natiq Orucov
Xəbəri paylaş