Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan xarici siyasətinə üçtərəfli regional əməkdaşlıq formatı əlavə edib -ÖZƏL

Azərbaycan xarici siyasətinə üçtərəfli regional əməkdaşlıq formatı əlavə edib



"Müstəqilliyin ilk illərindən etibarən respublikamızın beynəlxalq münasibətlər sistemində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq prioritet olub. Yeni mərhələdə isə Azərbaycan xarici siyasətinə üçtərəfli regional əməkdaşlıq formatı əlavə edib".

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən YAP üzvü Günel Hümmətova deyib ki, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan- İran- Türkiyə, Azərbaycan-Türkiyə- Türkmənistan və Azərbaycan- Rusiya- İran – üçtərəfli regional əməkdaşlıq əlaqələrinin qurulmasında təşəbbüskar kimi çıxış edib:

"Azərbaycanın təşəbbüskarı olduğu üçtərəfli əməkdaşlıq formatlarından ilki Azərbaycan-Gürcüstan-Türkiyə üçlüyüdür. Bu üçlük Cənubi Qafqazdan əlavə Xəzər-Qara-Aralıq dənizi hövzələrini birləşdirən strateji arealı əhatə edir. Bu üçbucağın formalaşmasının əsasında tarixi və mədəni əlaqələr, coğrafi qonşuluq, vahid tranzit dəhlizinin tərkib hissələri olmaq, birgə iqtisadi əməkdaşlıq üçün əlverişli şərait və siyasi iradə dayanır. Nəzərə alsaq ki, yaşadığımız regionda bir sıra tendesiyalar var, buna baxmayaraq Azərbaycan üçtərəfli əməkdaşlıq formatını reallaşdıra bilib".

İnqilab Süleymanov
Xəbəri paylaş