Əlahiddə Ümumqoşun Ordunun “2023-cü il döyüş hazırlığı planı”na əsasən birləşmə və hissələrin ştatdankənar kimya manqaları ilə toplantı keçirilib.
Newscenter.az-ın məlumatına görə, "Report"un Naxçıvan bürosu xəbər verir ki, toplantı zamanı ştatdankənar kimya manqalarının şəxsi heyətinin taktiki-xüsusi, xüsusi, kütləvi qırğın silahlarından mühafizə hazırlığından və kimya təminatı tapşırıqlarının yerinə yetirilməsi üzrə praktiki bilik və bacarıqlarının artırılması məqsədilə məşğələlər təşkil olunub.
Məşğələlərdə radiasiya və kimyəvi şəraitdə nəzarətin təşkili, tüstü maskalanmanın həyata keçirilməsi, döyüş sahəsində kimyəvi zəhərlənməyə məruz qalmış heyətin təxliyyəsi və bir sıra digər fəaliyyətlərin metodikası praktiki olaraq məşq etdirilib.