Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni lobbisinin dəstəyi ilə, hakimiyyətə gəlmək istəyən Kılıçdaroğlu

Erməni lobbisinin dəstəyi ilə, hakimiyyətə gəlmək istəyən Kılıçdaroğlu


Cümhuriyyət Xalq Partiyasının iç üzü demək olar ki, açılmışdır. Erməni lobbisinin dəstəyi ilə, hakimiyyətə gəlmək istəyən Kəmal Kılıçdaroğlunun hansı oyunları oynadığını, etdiyi manevrlərin kimlərə və nələrə indeksləndiyini artıq hər kəs açıq şəkildə görə bilir.

Qardaş türk xalqı bu saxtakarlığın və təhdid doğuran sübutların əsnasında Kəmal Kılıçdaroğlunun seçki prosesinə bilərəkdən və türk xalqında çaşqınlıq yaradan hiylələri əsas gətirərək onun dəstəkçilərinin maarifləndirilməsi və fikirlərinin dəyişdirilməsi yönündə tədbirlər görməlidir.

Qardaş ölkə olaraq seçkiyə 2 gün vaxt qalsa belə bizdə dövlət televiziyaları vasitəsilə, sosial şəbəkələrdən istifadə edərək türk dünyasının, Turan birliyinin əlehinə olan, türk dövlətlərinə qarşı düşmənçilik siyasəti aparan ölkələrlə əməkdaşlıq haqqında indidən öz planlarını ortaya qoyan Kəmal Kılıçdaroğlunun seçim zamanı uğur əldə etməməsi üçün əlimizdən gələni əsirgəməməliyik.

Bütün Azərbaycan xalqı bilməlidir ki, Kəmal Kılıçdaroğlunun hakimiyyətə gəlməsi bir millət, iki dövlət siyasətinin tamamilə aradan getməsinə xidmət edir. Din pərdəsi altında islamdan xəbərsiz olan İran İslam Respublikası ilə "Yeni İpək yolu" layihəsinin həyata keçirilməsinə dair fikirlərini bildirən bir namizədin Azərbaycan xalqı ilə düşmənçilik siyasəti aparmaqdan başqa niyyəti ola bilməz.

Ona görə də xalq olaraq terror təşkilatları ilə qardaşlıq edən, erməni lobbisinin dəstəyi ilə hakimiyyətə gəlmək istəyən bu şəxsə qarşı mübarizə aparmaq, onun bütün nöqsanlarını ortaya çıxarmaq, mediada işıqlandırmaq lazımdır.

Fərid Mənsimov
AVP Biləsuvar rayon təşkilat sədri
Xəbəri paylaş