Ermənistan-Azərbaycan şərti sərhədində baş verən silahlı toqquşma nəticəsində 2 erməni hərbçi yaralanıb.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlardan birinin vəziyyəti ağırdır.
Qeyd edək ki, mayın 11-də Azərbaycanla sərhədyanı ərazidə baş verən silahlı toqquşma nəticəsində Ermənistan silahlı qüvvələrinin 4 hərbçisi yaralanıb.
Xatırladaq ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.