Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Evtanaziya cinayət sayılırmı? -ÖZƏL

Evtanaziya cinayət sayılırmı?


Günümüzdə əsasən Avropa ölkələrində daha çox rast gəldiyimiz hallardan biri də evtanaziyadır. Yəni, xəstənin öz istəyi, xahişi ilə onun öldürülməsi. Onu da qeyd etmək yerinə düşər ki, bəzi ölkələrdə evtanaziyaya qarşı çıxanlar da yox deyil və cəmiyyətin müəyyən bir qismi bu cür ölümü cinayət hesab edirlər.

Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova deyir ki, bir çox ölkələrdə evtanaziya dövlət tərəfindən qanuniləşdirilsə də, evtanaziyaya görə cinayət məsuliyyəti nəzərdə tutan ölkələr az deyil. Onun sözlərinə görə, evtanaziyanı qanuni hesab edən ölkələr hesab edir ki, hər kəsin yaşamaq hüququ olduğu kimi ölmək hüququ da var:

“Ona görə də hesab edilir ki, evtanaziya cinayət sayılmamalıdır, əksinə əzab və iztirab çəkən sağalmaz xəstələri həyatdan məhrum etdiyinə görə xeyirxah və faydalı bir əməldir. Azərbaycan isə Evtanaziyaya görə məsuliyyət müəyyən etmiş ölkələr siyahısındadır”.

Vəfa Qədirova qeyd edib ki, Azərbaycanda Respublikasının Cinayət Məcəlləsinin 135-ci maddəsinə əsasən evtanaziya- yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə tezləşdirmə və ya onun həyatının davam etməsinə kömək edən süni tədbirləri dayandırma 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:

“Evtanaziya Cinayət Məcəlləsinin “Həyat və sağlamlıq əleyhinə olan cinayətlər” fəsilinə daxil edilib və yüngülləşdirici hallarda adam öldürmənin bir növüdür. Evtanaziyada xəstənin xahişi könüllü olmalıdır. Xəstənin xahişi yazılı və ya könüllü formada ifadə oluna bilər. Əgər belə xahiş yoxdursa, əməl qəsdən adam öldürmə cinayəti kimi tövsif olunmalıdır”.

İnqilab Süleymanov
Xəbəri paylaş