Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Görünən odur ki, Ermənistanın hələ "Erablur" qəbiristanlığında boş yerlər çoxdur -ÖZƏL

Görünən odur ki, Ermənistanın hələ  "Erablur" qəbiristanlığında boş yerlər çoxdur


"Ermənistan havadarlarına, xüsusən də, İran rejimnə arxalanıb və görünən odur ki, onlardan bəzi cəsarətləndirici vədlər alıblar. İrəvan baş tutacaq Brüssel və Moskva görüşləri öncəsi təxribatlar etməklə sülhdən yayınmaq istəyir".

Bu fikirləri Newscenter.az-a politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, hazırkı durumda Ermənistanın sülh razılığına getməsi mümkün deyil:

"İlk növbədə Türkiyədə seçkilərin nəticələri rəsmi məlum deyil. Ukrayna-Rusiya müharibəsində də hələlik yekun söz deyilməyib. Ermənistan bu nəticələrə əsasən hərəkət edəcək. Bundan sonra sülhün olması isə ayrı mövzudur. Geosiyasi durumun necə olacağı barədə dəqiq proqnoz vermək elə də asan deyil. Cənubi Qafqaz və ətraf regionların aktyorları, eyni zamanda, Qərbin bu nəticələrə görə öz siyasətini necə quracağı barədə konkret fikir bildirmək çətindir".

Azər Qasımov deyib ki, Ermənistanın israrla vəziyyəti gərginləşdirmək cəhdi də bu proseslərə hazırlıqdır:

"Hələlik heç bir genişmiqyaslı müharibədən söhbət gedə bilməz, amma yaxın dövr üçün bunu proqnoz etmək olar ki, bu da Ermənistan üçün son müharibə olar. Görünən odur ki, Ermənistanın hələ "Erablur" qəbiristanlığında boş yerlər çoxdur. Yaxın zamanda oranı doldurmaq üçün Azərbaycanın köməyinə ehtiyac vardır".

Anar Əliyev
Xəbəri paylaş