Türkiyədə prezident və parlament seçkilərinə sayılı günlər qalıb. Səsvermə günü yaxınlaşdıqca həm siyasi gərginlik artır, həm də seçki həyəcanı. Bu arada Məmləkət Partiyasının sədri Muharrem İncənin namizədliyini geri götürməsi ortaya bir sıra suallar çıxarıb. İlk sual odur ki, İncəni geri çəkilməyə nə vadar etdi?
Newscenter.az bildirir ki, politoloq Ramiyə Məmmədovanın sözlərinə görə, Muharrəm İncənin seçki mübarizəsindən geri çəkilmasini 2010-cu ildə CHP başkanlığından Dəniz Baykalın geri çəkilməsinə bənzədirlər:
“O zaman da Kılıçdaroğlunun xeyrinə işlədi indi də. Baykal siyasətdən cəkildi, Kılıcdaroğlu başkan oldu. Dedikləri kimi FETÖ-nun CHP-yə verilən dəstəyi onun xeyrinə oynamayacaq, Bu, FETÖ əməli dediklərində Qərbin daxildə seçkidə nə qədər fəal iştirakınin göstəricisidir”.
Ramiyə Məmmədova deyib ki, Türkiyə cəmiyyətiində Akşenerə olan təyziqdən və onun 3 günlük masanı tərk edərək şantajlarla masaya gətırilməsindan sonra bu artıq ikinci olaydı ki, CHP öz niyyətinə catmaq üçün bu cür yollara əl atır:
“Bu da əslində 6 tandemin gələcək siyasətinə inamsızlik yaratdı. Əslində bu Kılıcdaroğlunun siyasətdən silinməsinin addımlarıdır. Çünki bu seçkilərdə yapılan hər addımin arxasında digər partiyalar deyil, CHP-nin adı keçir. İncənin bir daha siyasətə gəlməyəcəyini deyənlər də yalnışdı, o bu seçkidə olmasa gələcək seçkidəki namizədlərdən biridi və seçilmə ehtimalı var. Onun getməsinin səbəbi tək kasetdə deyil, bu seckidə 6 tandemin qarşısında səslərinin azalmasıdı. Lakin İncənin səslərinin də bu olaydan sonra CHP-yə getməsi o gədər də real görünmür. Türkiyə mazlumlara yiyə cıxar məsələsini nəzərə alsaq deyə bilərik ki, bu səslər Ərdoğan və Oğanın arasında bölünə bilər”.
Anar Əliyev