"Biz Qara Dəniz Taxıl Dəhlizi Təşəbbüsünün genişləndirilməsi üzərində işləyirik".
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu fikirləri Ukraynanın icmalar, regionlar və infrastruktur üzrə inkişafı naziri Aleksandr Kubrakov səsləndirib.
Sosial media hesabından verdiyi açıqlamada Aleksandr Kubrakov bu məqsədlə mayın 10-11-də İstanbulda keçirilən Qara Dəniz Taxıl Təşəbbüsü danışıqlarının məhsuldar keçdiyini vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatı (BMT) və Türkiyənin danışıqların onlayn davam etməsini təklif etdiyini bildirən Kubrakov, "Ukrayna nümayəndə heyəti taxıl təşəbbüsü müddətinin uzadılması üçün səy göstərir və gəmilərin qeydiyyatı, eyni zamanda təftişinin gecikmədən davam etdirilməsi lazım olduğunu vurğulayır" deyə bildirib.
Mehman Mehdiyev