Azərbaycanın quru sərhədlərinin açıq olmaması ilə bağlı şikayətlər var.
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin bu gün keçirilən plenar iclasında bildirib.
"Düşünürəm ki, ən azı Gürcüstanla sərhədləri Azərbaycan vətəndaşları üçün açmaq olar", - deyə o qeyd edib.
Bundan başqa, deputatın sözlərinə görə, vətəndaşlara yay istirahətləri ilə bağlı SMS-lər göndərilir, bu isə insanları qıcıqlandırır: "Bu SMS-lər vasitəsilə vətəndaşlara yay istirahətlərini müxtəlif hotellərdə keçirmək təklif edilir. Hər kəsin imkanı yoxdur ki, 400-500 manata hotellərdə gecələsin. Yaxşı olar ki, aidiyyatı qurumlar turizm sektorundakı qiymət məsələlərinə diqqət yetirsinlər. Bu zaman sadə vətəndaşların da istirahət etməsinə şərait yaranar”.
Arzu