"Ermənistanın sərhəd boyunca təxribatları davam etdirməsi bu ölkənin ciddi şəkildə müharibəyə hazırlaşdığını deməyə əsas verir. Görünən odur ki, yeni bir müharibə qaçılmaz olacaq".
Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan Newscenter-az-a bildirilib ki, yeni bir müharibənin başlanması isə Ermənistanın sonu demək olacaq:
"Bu dəfə Azərbaycan nəinki Xankəndi, hətta İrəvanda öz bayrağını dalğalandıracaq. Necə ki, zamanında Çar Rusiyasının planı əsasında Azərbaycan əraziləri hesabına Ermənistan dövləti yaradılıb, indi də Azərbaycan vasitəsilə həmin dövlətin varlığına son qoyulacaq. Çünki bunu ermənilər özü istəyir".
Analitik Qrupdan o da bildirilib ki, Ermənistana havadarlıq edən bəzi beynəlxalq güclər bu acı səhnəni görmək istəmirlərsə, o halda İrəvanı yeni təcavüz və işğalçılıq siyasətindən çəkindirməlidirlər.
Anar Əliyev
.