Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarşılıqlı münasibətlərimiz Turan dövləti altında bir dövlət şəklində inkişaf etməyə doğru gedir -ÖZƏL

Qarşılıqlı münasibətlərimiz Turan dövləti altında bir dövlət şəklində inkişaf etməyə doğru gedir


"Türkiyə və Azərbaycan bir millət, iki dövlət olduğu üçün Türkiyə dövlətinin daxili və xarici siyasəti Azərbaycanla necə uzlaşdırılırsa, Azərbaycanın da Türkiyə seçkilərinə münasibəti də elə uzlaşır".

Newscenter.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşının Türkiyə seçkilərinə bilavasitə təsir etmək üçün ixtiyarı və imkanı yoxdur, amma dolayısı ilə iştirak etmə şansı var:

"Türkiyəli qardaşlarımız bunu qəbul etməlidirlər. Azərbaycan vətəndaşının dolayı yolla Türkiyəli qardaşlarımızın fikirlərində müəyyən dəyişiklik etmək şansı vardır. Azərbaycanın maraqlarının da qorunduğu bir hakimiyyətin Türkiyə dövlətinin başına gəlməsini istəmək Azərbaycanın da haqlı istəyidir və bunu Türkiyəli qardaşlarımızdan ərklə tələb etmək də bizim haqqımızdır. Xüsusən də, hakimiyyətə iddialı tərəfin Azərbaycan, hətta, fikrimcə, Türkiyə dövləti maraqları əleyhdarı olduğu bir durumda".

Politoloq hesab edir ki, türkiyəli qardaşlarımız azərbaycanlı qardaşlarının seçkilərə dair fikir bildirməsini təbii qarşılamalı, bunun təbiiliyini anlamalı və qərarlarında Azərbaycan amilini nəzərdən qaçırmamalıdırlar:

"Azərbaycan və Türkiyə dövlətləri zamanla elə duruma gəlmək üzrədir ki, qarşılıqlı münasibətlərimiz tək strateji, qardaşlıq yox, Turan dövləti altında bir dövlət şəklində inkişaf etməyə doğru gedir, eləcə də digər Türk dünyası ilə. Bu baxımdan, Sizlərdən xahiş edirik bu nüansları unutmayasınız".

Anar Əliyev
Xəbəri paylaş