Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərində əsas namizədlərdən biri olan CHP lideri Kamal Kılıçdaroğlunun PKK-nın siyasi qanadı sayılan HDP ilə anlaşması və terrorçulardan səs istəməsi cəmiyyətdə ciddi etiraza səbəb olub. Məhz bu amili nəzərə alan ekspertlər hesab edirlər ki, CHP liderinin terrorçularla anlaşması Kılıçdaroğlunu seçkilərdən məğlub ayıracaq.
Newscenter.az-ın xəbərinə görə, Haqq Ədalət Partiyasının Ali Məclisinin sədri Zəlimxan Məmmədli də bildirib ki, separatçılara güvənən heç bir qüvvə millətə fayda verə bilməyib və verə bilməz. Onun sözlərinə görə, postsovet məkanında bu əyani olaraq sınaqdan çıxmış həqiqətdir:
"Azərbaycan da bu acı təcrübəni dadmışdır. Bölücü etnik kimliyi arxasına alıb qosqocaman Türkiyəni qabağa aparmaq mümkünsüzdür. İnanıram ki, Türkiyə insanı Türkiyənı və Türk dünyasını məmnun edən seçim edəcəkdir".
Anar Əliyev