Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşa türk dünyasında daha yaxından tanınacaq -ÖZƏL

Şuşa türk dünyasında daha yaxından tanınacaq


“Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi bir neçə mühüm məqamları ilə diqqət çəkir və olduqca faydalıdır”.

Bu fikirləri Newscenter.az-a “Türk Dünyası Media Əməkdaşlıq Alyansı” İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, hər şeydən əvvəl bu status Şuşanın Türk dünyasında, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdə daha yaxından tanınmasına vəsilə olacaq:

“İl ərzində Şuşada keçiriləcək müxtəlif tipli tədbirlərə gələn Türk dünyasının nümayəndələri Şuşanı daha yaxından tanıyacaq, onun zəngin mədəni irsi ilə tanış olacaqlar. Həmçinin, bu müsbət tendensiya Türk dünyasının media qurum və quruluşlarında Şuşa barədə silsilə yazıların, məqalələrin dərc edilməsinə də səbəb olacaq. Beləliklə, Azərbaycanın mədəni incisi sayılan Şuşa şəhəri barədə türk dünyasının KİV-lərində silsilə yazılar işıq üzü görəcək. Bununla da ayrı-ayrı ölkələrin cəmiyyətləri Şuşa barədə məlumatlanmış olacaqlar”.

Süleyman İsmayılbəyli deyib ki, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi onun turizm potensialı, imkanlarını da artırmış olacaq:

“Bildiyimiz kimi artıq Şuşada bir neçə otel, mehmanxana kompleksi fəaliyyət göstərir. Şuşada işğaldan sonrakı qısa dövrdə görülən işlər, yaradılan şərait heç şübhəsiz ki, türk coğrafiyasına daxil olan ölkələrin, onların vətəndaşlarının marağına səbəb olub və onlar bu fürsətdən istifadə edib Şuşaya səfər edə bilərlər”.

Anar Əliyev
Xəbəri paylaş