"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində xalqa müraciətini paytaxt Bakıdan deyil, qədim Şuşadan səslənməsi böyük məna kəsb edirdi".
Newscenter.az xəbər verir ki, bu fikirləri YAP üzvü Əli Paşayev səsləndirib. Onun sözlərinə görə, dövlət başçısının da qeyd etdiyi kimi, Şuşa Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbənin tacıdır:
"Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. 2020-ci ilin sentyabr-noyabr aylarında şanlı Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi möhtəşəm Zəfərlə Ümummilli Liderimizin və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının ən böyük arzusunu çin etdi. Dövlətimizin başçısı müraciətində Azərbaycan xalqının Ümummilli Liderinin ən böyük arzusunun Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək olduğunu diqqətə çatdırdı. 2020-ci il 8 noyabr tarixdə Ulu Öndər Heydər Əliyevin bu arzusu reallaşdı".
İnqilab Süleymanov