Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşa yenidən qurulur -ÖZƏL

Şuşa yenidən qurulur


Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşaya səfəri və burada bir sıra infrastruktur obyektlərinin açılışında iştirakı, eləcə də yeni obyektlərin təməlini qoyması onu deməyə əsas verir ki, Şuşa özünün yeni inkişaf dövrünü yaşayır, bu şəhərə yeni nəfəs gəlir. Elə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev də bu qənaətdədir. Onun sözlərinə görə, Şuşa və Qarabağın digər bölgələri işğaldan azad edildikdən sonra, tamamilə dağıdılmış və viran qoyulmuş bir vəziyyətdə ikən sıfırdan başlayaraq yenidən qurulur:

Newscenter.az-ın xəbərinə görə, Qafar Əliyev deyib ki, Şuşa şəhəri yenidən beynəlxalq konfransların, musiqi festifallarının keçirildiyi bir məkana çevrilib:

"Bu bölgədə həmçinin Avrasiyanın üzləşdiyi risk və təhdidlər, yeni çağırışlarla bağlı beyin mərkəzlərinin iştirakı ilə müzakirələrin aparılması artıq ənənə halı alıb. Budəfəki konfransın Şuşada keçirilməsi isə erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətli idi. Bu konfrans, eyni zamanda, postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanları ilə bağlı müzakirələrin aparılması, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı sülh gündəliyinin nəzərdən keçirilməsi baxımından əhəmiyyətli platforma olaraq qiymətləndirilə bilər".

Anar Əliyev
Xəbəri paylaş