Məlum olduğu kimi, Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul edilib.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini ifadə edən politoloq Ramin Əhmədov deyib ki, Azərbaycanın qədim mədəniyyət ocaqlarından biri olan Şuşa şəhərinin 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunması qürurvericidir:
"Bu qərar bir tərəfdən Türk dünyasının Azərbaycanın qədim şəhərinin mədəni zənginliyinə diqqətidirsə, digər tərəfdən də türk mədəniyyətləri arasında inteqrasiyanın sürətlənməsinə, türk xalqları arasında əlaqələrin genişlənməsinə olan marağın göstəricisidir".
Anar Əliyev