Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zeytun ballıcası fermerlərə hansı ziyanı vurur? -ÖZƏL

Zeytun ballıcası fermerlərə hansı ziyanı vurur?


Mövsüm dəyişikliyi ilə əlaqədar olaraq təkcə insanlar deyil, eləcə də heyvanlar və bitkilər arasında müəyyən xəstəliklər, yaxud digər neqativ hallar yayılır. Zamanında əkin sahələrində aqrotexniki işlərin aparılmaması bir sıra hallarda ziyanvericilərin geniş yayılması və fermerlərə ciddi ziyan vurmasına gətirib çıxarır.

Newscenter.az-ın xəbərinə görə, aqrotexniki məsələlər üzrə ekspert Orxan Məmmədov bildirib ki, son günlər müşahidələrinə əsasən Türkiyədə fermerlərin ən çox mübarizə apardıqları zərərvericilər arasında Zeytun ballıcası mühüm yer tutur.

Onun sözlərinə görə, zeytun ballıcasının sürfələri zeytunun yarpaqlarının, tumurcuqlarının, tumurcuqların uclarındakı bitkinin şirəsini udaraq ağacların və tumurcuqların zəifləməsinə, çiçək və qönçələrin tökülməsinə səbəb olur:

"Bundan əlavə, yetkinlikdən əvvəlki dövrdə bal kimi bir maddə buraxaraq çiçək tumurcuqlarına və çiçəklərə zərərli təsir göstərir. Bu baxımdan zeytun ağaclarının çiçəklənməsi və meyvə verməsi xeyli azalır. Zərərvericinin sıxlığı nə qədər yüksəkdirsə, zərər dərəcəsi də bir o qədər yüksəkdir".

Orxan Məmmədov deyib ki, kimyəvi mübarizə zamanı Zeytun ballıcası üçün 12,8 g/l Gamma-cyhalothrin, 50 g/l lambda-cyhalothrin və s. tərkibli dərmanlardan istifadə olunur.

Anar Əliyev
Xəbəri paylaş