Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov ilə İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının sədri, senator Ciulio Terzi Sant’Aqata, İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri Marko Skurria və üzvü Ettore Rosatodan ibarət nümayəndə heyəti arasında görüş olub.
Newscenter.az-a Energetika Nazirliyindən bildirilib ki, görüşdə hər iki ölkə liderlərinin rəhbərliyi ilə strateji tərəfdaşlıq müstəvisində inkişaf edən münasibətlərin inkişafından və enerji sahəsində genişlənən əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib. İkitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolundan bəhs edilib. Bildirilib ki, İtaliya nəinki Azərbaycanın əsas ticarət tərəfdaşı və neft-qazının ixrac edildiyi ölkədir. Həm də Azərbaycan-Avropa İttifaqı münasibətlərində mühüm rol oynayan tərəfdaşdır.
Görüşdə Cənub Qaz Dəhlizi və TAP vasitəsilə Azərbaycanın enerji təhlükəsizliyinə töhfələri, eləcə də layihənin genişləndirilməsi və elektrik enerjisi sahəsində əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb.
Natiq Orucov