Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kiçik banklara müştəri etimadı aşağı düşəcək -ÖZƏL

Kiçik banklara müştəri etimadı aşağı düşəcək


Ölkədə kiçik bankların rəqabətə davam gətirməyərək sıradan çıxması iri bankların müştəri dairəsini daha da genişləndirmiş olur. Bununla da vətəndaş faiz dərəcələrinin çox olmasına baxmayaraq məhz iri banklara üstünlük vermək məcburiyyətində qalır. "Günay Bank"ın lisenziyasının ləğvi də eyni problemi qaçılmaz edəcək.

Newscenter.az-ın xəbərinə görə, iqtisadçı Qubad İbadoğlu deyib ki, bu qərar bank sektorunda inhisarlaşma meyllərini daha da gücləndirəcək və kiçik banklara müştəri etimadını aşağı salacaq:

"Mərkəzi Bank qeyd edir ki, kiçik bankın bağlanması "bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır". Belə çıxır ki, iri bankların hökmran mövqeyini möhkəmləndirmək üçün xırda banklar bağlanacaq. Belə proqnozu aylar öncə açıqlayanda Günay Bankın və başqalarının adını da çəkmişdik".

Natiq Orucov
Xəbəri paylaş