Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə çayı Pekində tanıdıldı -ÖZƏL

Türkiyə çayı Pekində tanıdıldı


Çinin paytaxtı Pekində Çin Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi tədbirdə çinli və digər xarici qonaqlara türk çayı təqdim olunub.

Newscenter.az-ın[/b] trthaber-ə istinadən verdiyi məlumata görə, təqdimat Çinin Mədəniyyət və Turizm Nazirliyinin mayın 21-də qeyd olunacaq “Beynəlxalq Çay Günü” münasibəti ilə Pekinin Xinging rayonundakı Prince Kung pavilyonunda “Harmoniya üçün çay” adlı toplantı çərçivəsindı baş tutub.

41 ölkədən 75 səfir və diplomatın, 200-ə yaxın çinli və xarici qonağın qatıldığı tədbirdə Türkiyənin yaratdığı stenddə qonaqlara türk çayı ikram edilib.

Tədbirdə Türkiyə ilə yanaşı Argentina, Zimbabve, Cənubi Afrika, Mavrikiy və Şri Lanka kimi ölkələr qurduqları stendlərdə qonaqlara öz çaylarını təklif ediblər.

[b]Natiq Orucov
Xəbəri paylaş