Bakıda evdən 10 000 manatlıq oğurluq edilib.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Xəzər rayonunun Türkan qəsəbəsindəki evlərin birindən 10 000 manat dəyərində məişət və geyim əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əkbər Məsumzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Mehman Mehdiyev