"Formula-1" yarışlarının Emilia Romagna Qran Prisi təxirə salınıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, buna səbəb İtaliyada baş verən daşqınlardır.
Qeyd edək ki, "Formula-1" yarışlarının Emilia Romagna Qran Prisi mayın 19-21-də keçirilməli idi.
Məsələ ilə bağlı açıqlama verən "Formula 1"-in prezidenti və baş icraçı direktoru (CEO) Stefano Domenikali deyib ki, tamaşaçıların, komandalarının və pilotların təhlükəsizliyi əsas prioritetdir və bu səbəbdən yarışların ləğvi qərarı verilib.
Oruc Niyazov