Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna xalqı yox olacaq-Ekspert

Ukrayna xalqı yox olacaq-Ekspert



Hazırkı doğum nisbətləri ilə Ukrayna xalqı iki nəsil ərzində demək olar ki, yox olacaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ukraynalı ekspert və iqtisadçı Aleksey Kuşun deyib. Onun sözlərinə görə, Ukraynada ölüm nisbəti doğum nisbətindən dörd dəfə çoxdur.

"Millət əslində iki nəsil ərzində, yəni 50 il ərzində yox olur",-deyə Kuşun vurğulayıb.

Ekspertin qənaətincə, Ukrayna hazırda demoqrafik fəlakət yaşayır:

"Hazırkı templərlə doğum nisbəti iki nəsil ərzində əhəmiyyətli dərəcədə azalacaq və uşaqların sayı iki-üç dəfə az olacaq".

Qeyd edək ki, 1991-ci ildə müstəqillik qazandıqdan bəri Ukrayna ciddi demoqrafik problemlərlə üzləşir. BMT-nin Cenevrədəki qərargahının mətbuat xidmətinin məlumatına görə, 2024-cü ilin payızına olan məlumata görə, ölkə əhalisi 2022-ci ilin fevral ayından bəri 8 milyon nəfər azalıb. 2025-ci ilin oktyabr ayının sonlarında Ukrayna Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun direktoru Ella Libanova bildirib ki, 2024-cü il üçün aparılan araşdırmalara görə, ölkə əhalisi 28 milyon ilə 30 milyon arasında olub. Ukraynada sonuncu siyahıyaalma 2001-ci ildə, əhalinin sayı 48 milyon 457 min nəfər olduğu zaman aparılıb.

Anar
Xəbəri paylaş