Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Günay Bank”ın əmək haqqı kartlarındakı pulların taleyi necə olacaq?

“Günay Bank”ın əmək haqqı kartlarındakı pulların taleyi necə olacaq?


Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən “Günay Bank"da olan əmək haqqı və plastik kartlardakı pulların taleyi ilə bağlı ünvanlanan suallar ilə əlaqədar qeyd etmək istərdik ki, o vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ediləcək.

Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov səsləndirib. O bildirib ki, bu baxımdan, həmin kartlarda olan pullar dövlət tərəfindən vətəndaşlara ödəniləcək:

"Belə ki, fiziki şəxslərin kartlarında olan vəsaitlər ləqvedici təyin edildikdən sonra qanunvericiliyə uyğun olaraq qorunan əmanət kimi vətəndaşlara odənilir. Bunun üçün ləqvedici tərəfindən agent bank seçilir və həmin vəsaitlərin qaytarılması müəyyən edilmiş qaydada həyata keçirilir. Prosesə yaxın zamanlarda start veriləcəyi gözlənilir".

Natiq Orucov
Xəbəri paylaş