Rumıniya Azərbaycan qazının dənizlə nəqlini qiymətləndirmək üçün texniki-iqtisadi əsaslandırma hazırlayıb.
Bu barədə Newscenter.az yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, Rumıniyanın Baş naziri Nikolae Çuke Azərbaycan qazının Kulevi-Konstansa marşrutu ilə nəqlinin texniki-iqtisadi əsaslandırılmasının aparılması haqqında göstəriş verib.
Layihə Konstansada (Rumıniya) qazın mayeləşdirilməsi stansiyasının tikintisini, qazın boru kəmərlərinə nəqlini, oradan istənilən istiqamətə nəqlini nəzərdə tutur. "Bu, Avropanı qazla təmin etmək üçün əlavə variantdır, əgər o, səmərəli olsa, Rumıniyanı qonşu ölkələr, ilk növbədə, Moldova üçün qaz mərkəzinə çevirməyə kömək edəcək", - Nikolae Çuke bildirib.
Anar TAGIYEV