Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın öz milli qiymətləndirmə standartı qəbul ediləcək -ÖZƏL

Azərbaycanın öz milli qiymətləndirmə standartı qəbul ediləcək


Azərbaycanda milli qiymətləndirmə standartları 2009-cu ildə qəbul edilib və bu günə qədər hər hansı bir dəyişiklik olmayıb. Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Quymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Newscenter.az-a bildirib ki, beynəlxaıq qiymətləndirmə standartı isə hər il dəyişir:

“Son olaraq 2022-ci ilin standartı hazırda qüvvədədir. Hesab edirik ki, bu istiqamətdə addımlar atılmalıdır. Azərbaycan İqtisad Universiteti, Texniki Universitet və digər elmi müəssisələrlə bizim müqavilələrimiz, əməkdaşlığımız var. Hesab edirik ki, onlarla birlikdə Azərbaycan Milli Qiymətləndirmə standartının yeni dövrə, tələblərə uyğun olaraq yenidən dəyişilməsinə nail olacaq və müasir dövrümüzə uyğun olaraq addımlar ata biləcəyik. Bir sözlə bu sahədə yeni standartların yaradılmasına yönəlik səylər var”.

Vüqar Oruc ümid etdiyini bildirib ki, Azərbaycanın öz milli qiymətləndirmə standartı qəbul ediləcək:

“Ümid edirik ki, Azərbaycanın yeni standartının yaradılması qarşıdakı zaman kəsiyində gerçəkləşdiriləcək”

Anar Əliyev
Xəbəri paylaş