Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laçında yuyucu vasitələr istehsal edən zavod tikilib -ÖZƏL

Laçında yuyucu vasitələr istehsal edən zavod tikilib


Azırbaycanın bütün işğaldan azad edilən şəhər və rayonları kimi Laçın da yenidən qurulur, abadlaşdırılır. Qısa müddətdə burada həyata keçirilən tədbirlər çərçivəsində təkcə yaşayış obyektləri salınıb, yol infrastrukturu yenilənib, fərdi evlər tikilməyib, eyni zamanda Laçında istehsal müəssisələri də yaradılıb.

Newscenter.az xəbər verir ki, artıq Laçında yuyucu vasitələr istehsal edən zavod tikilib. Bu barədə məlumat verən Sevara Group şirkətinin prezidenti, əslən Laçından olan iş adamı Rəşad Quliyev deyib ki, Laçın Kimya Zavodunun istehsalı olan yuyucu vasitələri “Arduclu” adlanır:

"Zavodda istehsal ediləcək yuyucu vasitənin "Arduclu" adlandırılması da təsadüfi deyil. Belə ki, "Arduclu" Laçında kənd adıdır".

Rəşad Quliyev sözügedən zavodda şampun, duş gel və s. məhsulların istehsal ediləcəyini də söyləyib.

Anar Əliyev
Xəbəri paylaş