Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin yaradılması istiqamətində lazımı tədbirlər həyata keçirilir, işlər görülür.
Bu barədə Newscenter.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib ki, gələn ay sözügedən qurumun yaradılmasının rəsmiləşdirilməsi prosesi baş tutacaq:
“İyun ayının əvvəllərində Qazaxıstanın Türküstan şəhərində yeni qurumun yaradılması ilə bağlı tədbir və sənədlərin imzalanma mərasimi olacaq”.
Vüqar Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin beynəlxalq əlaqələrinin genişəndirilməsi istiqamətində də zəruri addımlar atıldığını deyib.
Anar Əliyev