Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 32 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 17 nəfər sağalıb, xəstəlikdən ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 831 780 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 420 nəfər müalicə olunaraq sağalıb, hazırda 87 aktiv xəstə var. Bu günə qədər 10 273 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 235, bu günə qədər isə ümumilikdə 7 614 928 test icra olunub.
Eyni zamanda ölkədə son sutka ərzində 167 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 964 344 olub.
Sevinc Mehdiyeva