Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laçında alman dizaynlı 3/4/5 mərtəbəli yaşayış binaları tikiləcək -ÖZƏL

Laçında alman dizaynlı 3/4/5 mərtəbəli yaşayış binaları tikiləcək


Almaniya və Polşada fəaliyyət göstərən Sevara Group şirkətinin prezidenti Rəşad Quliyev, eləcə də Almaniyada əməkdaşlıq etdiyi şirkətin rəhbəri Zaur Spivak Azərbaycan Respublikasının Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədovla görüşüblər.

Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumat verən Rəşad Quliyev Laçında olduqları 3 gün ərzində xüsusi nümayəndə ilə bir neçə dəfə görüşlər keçirildiyini və Almaniyada yaşayan azərbaycanlı iş adamları olaraq Laçınla bağlı yeni layihələrin Məsim Məmmədova təqdim edildiyini vurğulayıb:

"Söhbət əsnasında xüsusi nümayəndə tərəfindən Laçında alman dizaynlı 3/4/5 mərtəbəli yaşayış binalarının tikintisi, həmçinin Almaniyanın şəhərlərindən biri ilə danışıqlar aparıb Laçınla qardaşlaşmış şəhər etmək və alman iş adamları ilə yanaşı turistlərin Laçına dəvət ediıməsi kimi bir sıra təkliflər aldıq. Bu təklifləri qarşımızda yaranan bir öhdəlik kimi qiymətləndirərək aktiv fazaya keçərək işləri tezləşdirəcəyik. Elə bu məqsədlə də “CamperPark Həkəri” üçün ayrılmış Həkəri çayının sahilindəki gözəl mənzərəli və yaraşıqlı ərazinin dron çəklişlərinə start verdik".

Anar Əliyev
Xəbəri paylaş