Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəşt-Astara dəmir yolunun Azərbaycan üçün önəmi varmı? -ÖZƏL

Rəşt-Astara dəmir yolunun Azərbaycan üçün önəmi varmı?


Birləşmiş Ştatlar və Qərb tərəfindən ciddi sanksiyalarla üzləşən Rusiya və İran alternativ yollar, birgə əməkdaşlıq əsasında yeni, yaxud icrası yarımçıq qalmış layihələr üzərində işləyirlər. Bunlardan biri də Rəşt-Astara dəmir yolu layihəsidir. Məılumat üçün qeyd edək ki, bir həftə əvvəl Rusiya ilə İran arasında Rəşt-Astara dəmir yolunun bir hissəsinin çəkilməsi haqqında saziş imzalanıb.

Newscenter.az-ın xəbərinə görə, sözügedən saziş, onun Azərbaycana faydaları barədə danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, bu saziş Rusiyanın Baltik və Şimal dənizlərindəki limanlarını Fars körfəzi və Hind okeanı sahillərindəki İran limanları ilə birləşdirməyə fokuslanıb:

"Bu həm İran, həm də Moskva üçün çox önəmlidir. Təbii ki, Azərbaycan üçün də önəmli ola bilər. Amma Azərbaycan üçün daha önəmlisi regionda sülhə nail olmaqdır. Düşünürəm ki, həm Moskva, həm də İran Azərbaycanı onların layihələrinə töhfə verməsini istəyirsə, Azərbaycanın təklif etdiyi sülhü dəstəkləmələri onların mənəvi və hüquqi borcu olmalıdır".

Natiq Orucov
Xəbəri paylaş