Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib


Ötən il dekabrın 12-si Sumqayıt şəhəri ərazisində 1975-ci il təvəllüdlü Mahir Allahverdiyevin qəsdən öldürülməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Newscenter.az-ın xəbərinə görə, ibtidai istintaqla 2003-cü il təvəllüdlü Murad Kazımovun aralarında yaranmış mübahisə zamanı tanışı Mahir Allahverdiyevə kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirib onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Murad Kazımova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Mehman Mehdiyev
Xəbəri paylaş