Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ən böyük əngəllərdən biri məhz Rusiyadır -ÖZƏL

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ən böyük əngəllərdən biri məhz Rusiyadır


Mayın 25- də paytaxt Moskvada liderlərin üçtərəfli görüşü keçirilib və görüş zamanı Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində aktual mövzular müzakirə edilib.

Newscenter.az-ın xəbərinə görə, Moskva görüşünü şərh edən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, görüşdən öncə Rusiyanın vasitəçiliyi ilə liderlərin sayca üçüncü görüşü baradə danışarkən bundan öncəki Soçi və Moskvada olduğu kimi bu görüşdən də gözləntilərin yüksək olmadığını qeyd etmişdik:

"Danışıqlar zamanı bir sıra məqamlar nəzərdən yayınmadı. Ermənistan baş nazirinin bir daha Azərbaycanın ərazi bütövlüyünü tanımasını təkrar etməsi fonunda Rusiya prezidenti Vladimir Putinin fikirləri və danışıq əsnasında Laçın dəhlizi, Dağlıq Qarabağ kimi ifadələri işlətməsi ona işarədir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ən böyük əngəllərdən biri məhz Rusiyadır. Rusiya hər zaman Cənubi Qafqaz regionuna özünün tarixi-siyasi mirası kimi yanaşdığından regionla bağlı geosiyasətində dəyişikliyə getmək istəmir və tərəflər arasında mövcud siyasi mühit Kremlin maraqları çərçivəsindədir və irəliyə doğru addımların atılmasını istəmir".

AVP rəsmisi deyir ki, Rusiya bir növ münasibətlərin dondurulmuş şəkildə saxlanılmasına çalışır və Moskvanın vasitəçilik təşəbbüsü gözdən pərdə asmaqdan başqa bir şey deyil:

"Belə bir məqamda Rusiyanın Ermənistan üzərində olan siyasi və hərbi təsirini nəzərə alarsaq qərbpərəst siyasət izləyən Nikol Paşinyanın Rusiya qarşısında siyasi imkanları azalır və tarixdə yaşanan bəzi hadisələri əsas götürərək onun həyatı üçün də təhlükə artmaqdadır".

Anar Əliyev
Xəbəri paylaş