Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda özəl pensiya fondları yaradıla bilər? -ÖZƏL

Azərbaycanda özəl pensiya fondları yaradıla bilər?


Zaman-zaman sosial sahədə həyata keçirilən islahatlar cəmiyyətin sosial müdafiyəyə ehtiyacı olan təbəqəsinin həyat şəraitinin yaxşılaşdırılmasına öz müsbət təsirini göstərir. Xüsusilə, pensiya və təqaüdlərin təyin edilməsi istiqamətində atılan addımlar, görülən işləri qeyd etmək yerinə düşər. Sevindirici haldır ki, bu proses davamlı xarakter daşıyır və ildən-ilə yeniliklərlə müşahidə edilir. Bu sırada ölkədə özəl pensiya fondlarının yaradılması kimi təşəbbüslər də səslənir. Bəs, görəsən Azərbaycanda özəl pensiya fondlarının yaradılması mümkündürmü?

Newscenter.az-ın xəbərinə görə, iqtisadçı Eldəniz Əmirov deyir ki, Azərbaycanda özəl pensiya fondlarının yaradılması çətin deyil. Onun sözlərinə görə, lazımi normativ hüquqi sənəd layihələri hazırlanır, müvafiq prosedurlar icra edilir və fond yaradılır:

"Burda çətin heç nə yoxdur. Amma çətin olan bu fondun özünü doğrultmasıdır. Ona görə də 10 ilə çatır ki, müxtəlif vaxtlarda gündəmə gəlir və bir az sonra mövzu donur. Çünki, bu fondun uğurlu fəaliyyəti üçün tam başqa iqtisadi şərait lazımdır. Hansı ölkələrdə (məsələn, B.Britaniya, Almaniya və s) belə iqtisadi şərait üstündürsə, orada bu fondlar uğurla fəaliyyət göstərir".

İqtisadçı daha sonra bunları qeyd edib:

"Bunun çox sadə izahı var. əgər ölkədə açılan müəssisələr bir neçə il sonra bağlanmırsa, investisiyaların ROİ indeksi yuxarıdırsa –investora ciddi gəlir gətirirsə, əlində pul olub iqtisadiyyata pul yatırmaq istəyən investorların və ya digər fondların investisiya həcmləri iqtisadiyyatın tələb etdiyi investisiya həcmlərini ödəməkdə çətinliklə çəkirsə, o zaman özəl pensiya fondu yaradılıb doğru idarə edilərsə böyük uğur qazana bilər. Yalnız vətəndaş bu halda öz əllərilə bu gün fonda qoyduğu pulu 40-45 il sonra faizlə bərabər problemsiz şəkildə pensiya kimi alacağına əmin olar.
Hesab edirəm ki, bir az da gözləyək. Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi prosesinin nəticələri özəl pensiya fondunun özünü necə aparacağı ilə bağlı bir sıra suallara cavab tapmağa kömək edəcək. Əgər sərbəst vəsaitlər dövlət fonduna gəlir gətirərsə və davamlı müsbət dinamika izlənərsə o zaman özəl pensiya fondları haqqında daha ürəklə danışmaq olar".

Natiq Orucov
Xəbəri paylaş