Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda hakimiyyət çevrilişi ola bilər -ÖZƏL

Ermənistanda hakimiyyət çevrilişi ola bilər


“Rusiya Qarabağdakı separatçıların əli ilə Ermənistanda hakimiyyət çevrilişi həyata keçirə bilər”. Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb.

Newscenter.az-a Analitik Qrupdan daxil olan açıqlamada bildirilib ki, Rusiya sülhməramlılarının müşayəti əsasında separatçıların Xocalıda təlim keçməsi də məhz buna hesablanıb:

“Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbə daha çox meyilli görünməsi, Rusiya əleyhinə müntəzəm olaraq İrəvanda aksiyaların təşkil olunması Kremli ciddi şəkildə düşünməyə vadar edib. Ona görə də Rusiya Ermənistanda Nikol Paşinyanı özünə daha yaxın olan bir başqa kadrla əvəzləmək istəyir”

Analitik Qrup hesab edir ki, Ermənistanda hər hansı bir hakimiyyət dəyişikliyi Azərbaycanla münasibətlərin normallaşması istiqamətində aparılan danışıqları yenidən sıfır mərhələsinə qaytara bilər.

Anar TAGİYEV
Xəbəri paylaş