Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncə və yaxın rayonlarda qasırğa olub, Göygölə dolu yağır

Gəncə və yaxın rayonlarda qasırğa olub, Göygölə dolu yağır


Bu saatlarda Gəncə şəhəri və yaxın rayonlarda kəskin hava şəraiti müşahidə olunur, leysan yağış və dolu yağır.

Newscenter.az xəbər verir ki, “Report”un Qərb bürosunun məlumatına görə, Daşkəsən, Göygöl rayonlarına leysan yağışlar yağıb, dolu düşüb.

Meydana gələn qasırğa nəticəsində bəzi kəndlərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Dağlıq ərazilərə ildırım düşüb.

Hazırsa Gəncə şəhərində də güclü küləklə müşahidə olunan yağıntılı hava şəraiti hökm sürür.

Qeyd edək ki, hava şəraiti səbəbindən avtomobil yollarında, əsasən də magistral yollarda nəqliyyatın hərəkətində çətinlik yaranıb.
Xəbəri paylaş