Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Güzəştli pensiya hüququ necə əldə edilir? -ÖZƏL

Güzəştli pensiya hüququ necə əldə edilir?



Günümüzdə bəzi şəxslər güzəştli şərtlərlə pensiya hüququ əldə edirlər. Maraqlıdır ki, bu pensiya hüququ necə qazanılır?

Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova deyib ki, 2006-cı ilin yanvarın 1-dək qüvvədə olmuş “Vətəndaşların Pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan işçilər AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 21.06.1993-cü il tarixli 320 saylı qərarına əsasən 1 nömrəli siyahısı üzrə kişilər 52 yaşa çatdıqda və ən azı 20 il iş stajı olduqda bu müddətin ən azı 10 ilini həmin işlərdə çalışarlarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər:

“2006-cı ilin yanvarın 1-dək qüvvədə olmuş “Vətəndaşların Pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 21.06.1993-cü il tarixli 320 saylı qərarına əsasən 2 nömrəli siyahısı üzrə kişilər 57 yaşa çatdıqda və ən azı 25 il iş stajı olduqda bu müddətin ən azı 12,6 ilini həmin işlərdə çalışarlarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər”.

Vəfa Qədirova deyib ki, bu qərarda göstərilən ümumi və güzəştli staj 01.01.2006-cı ilədək yığılmalıdır.

İnqiıab Süleymanov
Xəbəri paylaş