İngiltərəyə keçən il köç edənlərin sayı nəzərə çarpacaq dərəcədə artıb. Newscenter.az trthaber-ə istinadən bildirir ki, 2022-ci ildə bu ölkəyə köçənlərin sayı 600 min nəfəri keçməklə rekord həddə çatıb.
Britaniya Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumatlara görə, bu artım Böyük Britaniyaya Avropa İttifaqı (Aİ) xaricindən işləmək və ya təhsil almaq üçün gələnlər, eləcə də Ukrayna və Honq Konqdan xüsusi viza proqramları ilə gələnlərin hesabına olub.
2022-ci ildə təxminən 1,2 milyon insanın təhsil, iş və digər səbəblərlə İngiltərəyə gəlib, 557 min nəfər isə ölkəni tərk edib.
Ölkəyə gələn xalis immiqrantların sayı 2021-ci ildə 488 min olaraq qeyd edildi.
Mehman Mehdiyev