Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Moskva sülh müqaviləsi üçün hər şeyi edəcək, ancaq son anda elə şərait yaradacaq ki, bu, alınmasın -ÖZƏL

Moskva sülh müqaviləsi üçün hər şeyi edəcək, ancaq son anda elə şərait yaradacaq ki, bu, alınmasın


"Moskvada ciddi nəticənin olacağını gözləmək sadəlövhlük olardı. Moskva sülh müqaviləsi üçün hər şeyi edəcək, ancaq son anda elə şərait yaradacaq ki, bu, alınmasın. Bura sərhəddə təxribatdan tutmuş Ermənistan daxilində iğtişaşlara qədər bir sıra hadisələr aiddir. Artıq bunları gorə-görə gəlmişik".

Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. Politoloq daha sonra bunları deyib:

"Ona görə də Moskvadan hansısa müsbət addım gözləmədiyimizi əvvəlcədən demişdik ki, belə də oldu. Moskva ancaq iç üzünü Azərbaycan və Ermənistan Rusiyadan kənar onun istəmədiyi şərtlərdə sülh bağlanacaqsa, onda göstərəcək. Amma Ermənistanın da bu sülhdə maraqlı olmadığı dünənki görüşlərdə hiss edilirdi. Paşinyanın danışıqları heç də sülh istəyən, Azərbaycanın ərazi bütövlüyünü tanıyan birisinin danışıqları deyildi. Hesab edirəm ki, Paşinyan da Putin kimi ikili oynayır".

Anar Əliyev
Xəbəri paylaş