Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanın yersiz replikaları həm də Avrasiya İqtisadi Şurasına münasibət idi-DEPUTAT

Paşinyanın yersiz replikaları həm də Avrasiya İqtisadi Şurasına münasibət idi-DEPUTAT



"Prezident İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının iclasında xüsusi qonaq qismində iştirakı təsadüfi deyildi. Məlumdur ki, Azərbaycan ikitərəfli formatda, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə sıx əlaqələrə malikdir. Dövlət başçımızın da söylədiyi kimi, Azərbaycanın həmin ölkələrlə 5 milyard dollara yaxın ticarət dövriyyəsi mövcuddur".

Newscenter-az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili vurğulayıb ki, bu mənada Azərbaycanın bütün təşkilatlarda olduğu kimi, Avrasiya İqtisadi Şurası üçün də cəlbediciliyi var:

"Ermənistan isə bu təşkilatda ümumiyyətlə nüfuz sahibi deyil. Paşinyanın toplantını pozmaq cəhdi həm də Ali Avrasiya Şurasına münasibət idi.
Üçtərəfli görüşə gəlincə, onun Ali Avrasiya İqtisadi Şurasının toplantısında səsləndirdiyi yersiz replikalar Paşinyanın sülhdə maraqlı olmadığını təsdiqlədi.
milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir. Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir. Zənnimcə, kürsüdən əsası olmayan ittihamlar üçün istifadə etmək lazım deyil. Dediyim Zəngəzur dəhlizinə gəlincə, əgər mənim çıxışıma diqqətlə qulaq asılsa, orada deyilir ki, “Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb”. Hər hansı təşəbbüslə çıxış etmək bizim hüququmuzdur. Bizim doğru, legitim, ağlabatan hesab etdiklərimiz, yeri gəlmişkən, o cümlədən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfindən də dəstəklənir” deyən Azərbaycan Prezidenti həm də mövcud reallığı bu platformada bəyan etmiş oldu. Rusiya Prezidenti Vladimir Putinin fikirləri isə bir daha Ermənistanın iddialarının əsassız və yersiz olduğunu təsdiqlədi. Rusiya Prezidentinin reaksiyası, Paşinyanın termin oyununu rədd etməsi diletant baş nazir üçün zərbə oldu. Moskva görüşünün yekununda aydın oldu ki, hələ də tənzimlənməmiş məsələlər qalır. Amma Rusiya Prezidenti hesab edir ki, bu məsələlər sırf texniki xarakter daşıyır".

Deputatın sözlərinə görə, terminologiyaya gəlincə, Paşinyan dərk etdi ki, bu cür terminlərin arxasında reallıqların və hadisələrin dəqiq qavranılması dayanır. Onlar müvafiq sənədlərin imzalanmasından sonra gəlir. Bu mənada artıq növbəti müzakirələrdə sözçülüyə yer qalmadı.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş