Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT sektorunda vəziyyəti o qədər də drammatikləşdirməyə ehtiyac yoxdur -ÖZƏL

QHT sektorunda vəziyyəti o qədər də drammatikləşdirməyə ehtiyac yoxdur


"Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən edilən etirazlar və meydana gələn fikir ayrılıqları təəssüf doğurur. Vəziyyəti o qədər də drammatikləşdirməyə ehtiyac yoxdur".

Bu fikirləri Newscenter-az-a "Türk Dünyası Media Əməkdaşlıq Alyansı" İctimai Birliyinin sədri Süleyman İsmayilbəyli Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin açıqladığı qrant müsabiqəsinin nəticələrinə bəzi vətəndaş cəmiyyəti nümayəndələrinin etiraz etməsinə münasibət bildirərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, Agentlik tərəfindən ayrılan qrantların məbləğinin azlığından şikayət etmək, hətta onu dilənçi payı kimi kobud şəkildə xarakterizə etmək doğru yanaşma deyil:

"Ola bilər ki, layihələrin qiymətləndirmə prosesində hansı meyarlar nəzərə alınıb və ya xırda problemıər olub. Ancaq buna belə bir şəkildə etiraz etmək, qeyri-normal davranışlar ortaya qoymaq doğru deyil. Düşünürük ki, qarşılıqlı müzakirə, problemlər nədirsə, onu Agentlik rəhbərinə ümumi müzakirə fonunda çatdırmaq və birgə fəaliyyət nəticəsində neqativ halları aradan qaldırmaq mümkündür".

Süleyman İsmayilbəyli onu da diqqətə çatdırıb ki, bu Agentliyin QHT-lərə ayırdığı sonuncu qrant deyil və gələcəkdə qalib olmayan təşkilatların layihələri də maliyyələşdirilə bilər.

Anar Əliyev
Xəbəri paylaş