Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Regionlarda kiçik hostellər, kənd evləri yaradılsın -ÖZƏL

Regionlarda kiçik hostellər, kənd evləri yaradılsın


Azərbaycanın turizm zonası kimi tanınan rayonlarında kiçik hostellər, kənd evlərinin yaradılmasına ehtiyac var. Bu halda turizmi kifayət qədər inkişaf etdirə bilərik.

Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında yer alıb. Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, bu aztəminatlı ailələrin də turizm mövsümündə istirahət etməsini təmin etmiş olar:

“Paytaxtda 4-5 ulduzlu otellərin tikilməsini başa düşmək olar. Ancaq regionlarda bir qədər fərqli yanaşma ortaya qoyulmalıdır. Hansısa turizm zonasında, turizm bölgəsi kimi tanınan rayonda bir, yaxud 2 ədəd 4-5 ulduzlu otellər tikməkdənsə, hostellər yaratmaq, kənd evləri salmaq daha məntqilidir”.

Mərkəzdən bildirilib ki, hazırda Avropanın əksər ölkələri, Türkiyənin özündə belə əyalətlərdə, turizm rayonlarında hostellər və kənd evlərinin yaradılmasına daha çox üstünlük verilir.

Natiq Orucov
Xəbəri paylaş