Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təbii olmayan, haqsız ittihamlar, qərəzli tənqiddir -ÖZƏL

Təbii olmayan, haqsız ittihamlar, qərəzli tənqiddir


Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri arasında fikir ayrılığı yaranıb. Səbəb Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi son qrant müsabiqəsinin qiymətləndirilməsidir. Daha dəqiq desək əksər QHT=lər qiymətləndirmənin obyektiv aparılmadığı qənaətində olaraq müvafiq qurumlara müraciət etməyi qərarlaşdırıblar.

Newscenter.az-ın xəbərinə görə, Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimli tənqidləri, müzakirələri haqlı saysa da, lakin haqsız ittihamları yersiz sayıb. O bildirib ki, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqələrinin nəticələri müzakirə olunur:

"Əlbətdə istənilən müsabiqənin nəticələrindən narazı qalanların olması təbidir. Tənqidlər, müzakirələr də təbidir. Təbii olmayan, haqsız ittihamlar, qərəzli tənqiddir. Layihə təkliflərinin ekspert qiymətləndirməsi aparılıb, daha sonra Müşahidə Şurası bunu əsas götürək qalibləri müəyyən edib. Müşahidə Şurası obyektiv mövqe tutub, hər bir qərarın əsaslandırılması var, heç bir qərar subyektiv rəyə söykənmir. Hər bir qərarda ekspert dəyərləndirilməsini, təşkilatın fəaliyyəti, təcrübəsi, layihənin xüsusiyyətlərini, dövlətin prioritetləri nəzərə alınıb. Müşahidə Şurası üzvləri çox məsuliyyətlə yanaşıb, məsuliyyətinin fərqindədir. Əsas iradlar qrant məbləği ilə bağlıdır".

Agentlik rəsmisi qeyd edib ki, maliyyə resursları imkan verdiyi həddə, layihə xüsusiyyətləri nəzərə alınmaqla maliyyə nəzərdə tutulub:

"Əlbətdə layihə müəlliflərinin öz layihələrinə fərqli baxışı ola bilər, amma bir ekspert yanaşması da var. Hər bir donorun da yanaşması var. Bir çox hallarda qalib layihələrin maliyyə tutumu barədə QHT-lərin baxışı ilə donorun yanaşması üst-üstə düşmür. Donor bir çox xüsusiyyətləri nəzərə almalıdır, çalışılır ki, QHT-nin də maraqları təmin olunsun, amma rasionallığı qorumaq şərti ilə. Rasional və ədalətli yanaşma hər birimiz üçün əsas olmalıdır, öz səhvlərimizi də görməyi bacarmalıyıq. Layihə təkliflərinin keyfiyyəti, icrası səviyyəsi də iddialara adekvat olmalıdır. Amma çox hallarda bu belə deyil təəssüf. Agentliyə iradlar da subyektiv olmamalıdır, xoş niyyəti əks etdirməlidir. Bunun əksi subyektiv yanaşma kimi dəyərləndirilməlidir. Heç bir qiymətləndirmə ideal deyil, lakin nöqsanlar varsa da, onlara münasibət obyektiv olmalıdır".

Anar Əliyev
Xəbəri paylaş