Türkiyədə prezident seçkiləri başa çatsa da, lakin hələ də xarici media seçkilərdən yazır, onun nəticələrini təhlil edir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyə seçkilərini yaxından izləyən Latın Amerikası ölkələrinin internet saytları və qəzetləri prezident Rəcəb Tayyib Ərdoğanın seçkidəki qələbəsinə geniş yer ayırıb.
Argentinanın ən böyük qəzetlərindən biri olan “Clarin” Ərdoğanın seçkilərin ikinci turunda qələbəsindən yazaraq onun hakimiyyətinin əsrin dörddə biri qədər olduğunu vurğulayıb.
Prezident Külliyesi qarşısına toplaşan insanların sevincini əks etdirən görüntülərin də yer aldığı xəbərdə Ərdoğanın, "Qazanan tək biz deyilik, Türkiyə qalibdir. Qalib bütün seqmentləri ilə millətimizdir. Qalib demokratiyadır" fikirləri də qeyd edilib.
Argentinada çıxan gündəlik “La Nacion” qəzeti də Ərdoğanın qələbəsindən yazıb..Ərdoğanın siyasi karyerasının İstanbulda məşhurlaşdığını qeyd edən qəzet onun bacarıq və xarizmasının gücü ilə siyasət pillələrinə sürətlə yüksəldiyinə diqqət çəkib.
Venesuela və Latın Amerikasının ən böyük xəbər saytlarından biri olan "Telesur" da Ərdoğanın seçki zəfərini həm sosial media hesablarında, həm də internet saytında paylaşıb.
Kolumbiyanın köklü qəzetlərindən olan “El Tiempo” xəbəri “Ərdoğan daha 5 il Türkiyə prezidenti” başlığı ilə izləyicilərinə çatdırıb. Qəzet Ərdoğanın seçki zəfəri çıxışı və xalqın sevincini qeyd edən görüntüləri paylaşıb.
Argentina Milli Xəbər Agentliyi "Telam" isə Ərdoğanın hakimiyyətinin dörddə bir əsrini tamamlamaq üçün yenidən seçildiyini qeyd edib.
Meksikanın gündəlik xəbər qəzeti "El Universal" öz ana səhifəsində prezident Ərdoğanın seçkilərin ikinci turunda qalib gəldiyini və 2028-ci ilə qədər ölkəni idarə edəcəyini açıqlayıb.
Mehman Mehdiyev