Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Qiymətləndiricilərinin fəaliyyətini tənzimləməyə ehtiyac var -ÖZƏL

Azərbaycan Qiymətləndiricilərinin fəaliyyətini tənzimləməyə ehtiyac var


"Azərbaycan Qiymətləndirmə Cəmiyyəti bu il üçün ənənəvi fəaliyyət istiqamətlərini əsas kimi götürəcək. Birinci, qiymətləndiricilərin sertifikatlaşması, elmi-metodoloji təlimlərin keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. İkincisi, Azərbaycan Respublikasının dövlət orqanları ilə mütəmadi əlaqələrin inkişafı və birgə tədbirlərin keçirilməsi istiqamətində addımlar atacaq. Üçüncüsü, Azərbaycanda tənzimləyici bir qurum olmaq üçün səylər göstərəcək. Yəni, bu Azərbaycan Qiymətləndirmə Cəmiyyət də ola bilər, yeni yaranmış qurum da ola bilər".

Bu fikirləri Newscenter-az-a Azərbaycan Qiymətləndiriciilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib:

"Hesab edirik ki, Azərbaycan Qiymətləndiricilərinin fəaliyyətini tənzimləməyə ehtiyac var. Müəyyən inzibati ixtisarlar lazımdır ki, bu istiqamətdə müəyyən təsirlər göstərmiş olsun. Yəni səylərimiz ondan ibarətdir ki, Azərbaycan Qiymətləndirmə Cəmiyyətinin fəaliyyətini bütün spektrlar üzrə inkişaf etdirək. Yəni bu məqsədlə biz Cəmiyyətin fəaliyyətini daha da gücləndirmək fikrindəyik".

Anar Əliyev
Xəbəri paylaş