Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan–İsrail münasibətləri minillik tarixə malikdir -ÖZƏL

Azərbaycan–İsrail münasibətləri minillik tarixə malikdir


“Azərbaycan – İsrail münasibətləri hər zaman ən yüksək səviyyədə olub və minillik tarixə malikdir. Əsrlərdir ki, Azərbaycan və Yəhudi xalqı arasında sarsılmaz dostluq münasibətləri mövcuddur. Məhz bu cür münasibətlərin nəticəsidir ki, 18 oktyabr 1991-ci ildə müstəqilliyimizi elan etdikdən qısa zaman sonra 25 dekabr 1991-ci ildə İsrail dövlətimizi tanımış və 7 aprel 1992-ci il tarixindən etibarən ölkələrimiz arasında diplomatik münasibətlər qurulmuşdur”.

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə İsrail prezidentinin Azərbaycana səfərini şərh edərkən səsləndirib. O bildirib ki, İsraili Azərbaycana yaxınlaşdıran başlıca səbəb təbii ki bizlərin yəhudilərə olan baxış tərzimizlə alaqədardırdir:

"Azərbaycan keçmiş dövrdən indiyə qədər anti-semitizmin yaşanmadığı, bunun üçün də yəhudi əhalinin sıx məşkunlaşdığı ərazilərdən olub. İsrail istər birinci Qarabağ savaşı, istərsə də sonrakı dövrdə daim Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və bütün Beynəlxalq Platformalarda da Azərbaycanın haqq səsinə səs verib. Hələ 90-cı illərin əvvəllərində, yəni birinci Qarabağ savaşı dönəmində Qərb ölkələri Azərbaycana silah-sursat satmaqdan imtina etdiyi bir zamanda İsrail yenə də haqq-ədalətin yanında oldu, ölkəmizin haqq səsinə dəstək olaraq öz hərbi arsenalını Azərbaycanın üzünə açdı. Artıq uzun illərdir ki, rəsmi Təl-Əviv Azərbaycanın müdafiə sənayesinin inkişafında, eləcə də digər müstəvilərdə ölkəmizlə yaxın əməkdaşlığa malikdir".

Yusif Bağırzadə deyib ki, İsrail ilə Azərbaycan arasında çox geniş iqtisadi-ticari əlaqələr də mövcuddur:

"Bu iqtisadi əlaqələr təkcə tarixi münasibətlərdən qaynaqlanmır. Eyni zamanda İsrail üçün Azərbaycanın strateji və iqtisadi önəmindən qaynaqlanır. Azərbaycan ilə İsrail arasında olan münasibətlərin ən başlıca sahəsi heç şübhəsiz ki, iqtisadi-ticari sahədir. Ölkəmiz geniş həcmə malik neft və qaz yataqlarının olduğu Xəzər hövzəsində yerləşir ki, bu da dövlətimizi İsrail üçün olduqca əhəmiyyətli edir. Digər tərəfdən məsələyə baxsaq, İsrail də çox güclü sənayə, texniki avadanlıqlar və hərbi sursatlar istehsal edir. Bunlar da ölkəmiz üçün olduqca əhəmiyyətli hesab olunur. Bütün bunların təzahürü olaraq indiyə qədər keçən dövr ərzində hər iki ölkə arasında olan iqtisadi-ticari əlaqələr yüksək templə artmışdır. Heç şübhəsiz ki, İsraildə səfirliyimizin açılması və indi də İsrail Prezidenti İsxak Hersoqun Azərbaycan səfəri indiyə qədər onsuz da ən yüksək səviyyədə olan münasibətləri daha da inkişaf edəcək və əməkdaşlığımız üçün yeni imkanlar meydana çıxacaq. Bu imkanların hər iki ölkənin siyasi‚ strateji və təhlükəsizlik maraqlarına xidmət edəcəyi şübhəsizdir".

Anar Əliyev

Xəbəri paylaş