İyun ayının 1-də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Goranboy rayonunda və aftalan şəhərində əmək yarmarkası keçiriləcək.
Newscenter.az xəbər verir ki, əmək yarmarkasına müəyyən müəssisələr üzrə vakant iş yeri çıxarılacaq. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerlərinin də təqdim edilməsi, habelə ayrı-ayrı işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə onların peşə hazırlığına cəlb olunması üçün qeydiyyata alınması nəzərdə tutulur.
Anar Əliyev