Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran İsrail prezidentinin Azərbaycana səfərindən dolayı təxribatlara əl atacaq -ÖZƏL

İran İsrail prezidentinin Azərbaycana səfərindən dolayı təxribatlara əl atacaq


“İsrail prezidenti İsxaq Hersoqun Azərbaycana rəsmi səfərini Tehran özünə təhdid kimi qiymətləndirəcək və mütləq ki, təxribatlara əl atacaq”.

Bu fikirləri Newscenter.az-a konfliktoloq Elman Vəliyev səsləndirib. Onun sözlərinə görə, bütün halda İranın mümkün təxribatına qarşı hazırlıqlı olmalıyıq:

“Ancaq nə cür təxribat əsas sual budur? Hər şeyə hazırlıqlı olmaq lazımdır. Bu təxribatı ya ermənilər vasitəsilə edər, ya da ölkə daxilindəki casusları vasitəsilə hər hansısa bir iğtişaş yarada bilər, deyə düşünürəm”.

Elman Vəliyev onu da deyib ki, Tehran cavab kimi prezident İbrahim Rəisini İrəvana səfərə yollaya bilər:

“Yaxud Paşinyanı dəvət etsin, hər hansısa yerdə görüşsün və sair. Ola bilməz ki, İran bunu həzm edə. Tehran yaxşı bilir ki, İsrail prezidentinin səfəri təsadüfü deyil və İran məsələsi də müzakirə predmeti olacaq”.

Anar Əliyev
Xəbəri paylaş