İtaliyanın şimalında göldə batan və ilk açıqlamalarda turistlərin olduğu bildirilən qayığın sərnişinləri ilə bağlı maraqlı məqam ortaya çıxıb.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, əslində batan qayıqda turistlər deyil, İtaliya və İsraildən olan agentlər olub. İtaliya və İsrail agentləri arasında bir rus qadının da olduğu bildirilir.
İtaliya mətbuatı isə əlverişsiz hava şəraitindən sonra batan qayıqda 20-yə yaxın kəşfiyyatçının olduğunu bildirib. Hadisədə həyatını itirənlərin yalnız dördünün kimlikləri açıqlanlb. Bunlar 62 yaşlı Klaudio Alonzi, 53 yaşlı Tiziana Barnobi, 50 yaşlı Anya Bojkova və 54 yaşlı Şimoni Erezdir.
Qeyd edək ki, heyətlə bərabər ümumilikdə 24 nəfərin olduğu qayıq Maggiore gölünün şimalında batıb. 20 nəfəri xilas etmək olsa da, lakin 4 nəfər həlak olub.
Anar Əliyev